Rusiyalı teleaparıcı ukraynalı eksperti studiyadan qovdu - Video

5-12-2018, 07:04           
Rusiyalı teleaparıcı ukraynalı eksperti studiyadan qovdu - Video
Rusiyalı teleaparıcı canlı yayım zamanı ukraynalı eksperti studiyadan qovub.

Hadisə “Rossiya 1” telekanalının “60 dəqiqə” verilişində baş verib.

Verilişin aparıcısı Yevgeni Popovun ukraynalı ekspert Maksim Yalinin onu Afanasi adlandırması xoşuna gəlməyib. Bundan qəzəblənən Y. Popov qonaqdan studiyanı tərk etməyi tələb edib.

Rusiyalı aparıcı addımının səbəbini verilişdə ədəbsizlik hallarına yol verilməməsi ilə əlaqələndirib.
/Oxu.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.