200 iranlı Gürcüstandan niyə deportasiya edildi? - Açıqlama

5-12-2018, 07:05           
200 iranlı Gürcüstandan niyə deportasiya edildi? - Açıqlama
Gürcüstandan ötən həftə 200 nəfər İran vətəndaşının deportasiya edilməsinin səbəbi bəlli olub.

Teleqraf.com xəbər verir ki, İran vətəndaşlarının deportasiya edilməsi birmənalı qarşılanmayıb. Bəzi mətbuat orqanları qərbyönümlü siyasi kurs yürüdən Gürcüstanın bununla ABŞ-a “sədaqətini nümayiş etdirməyə” çalışdığını bəyan ediblər.

İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasemi bildirib ki, deportasiya olunan iranlılar Gürcüstana şübhəli turist firmaları vasitəsilə səfər ediblər. Onların bəzi sənədləri və qeydiyyat işləri düzgün aparılmayıb. Gürcüstana qanuni yollarla gedən iranlıların heç bir problemi olmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.