İranın raketləri daha təhlükəli olacaq

5-12-2018, 07:00           
İranın raketləri daha təhlükəli olacaq
ABŞ-ın qəzəbinə baxmayaraq İran raket mənzilini daha da genişləndirməyi planlayır. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, İran Hərbi Hava Qüvvələrinin rəhbəri Əziz Nəsirzadə jurnalistlərin suallarını cavablayarkən bu haqda danışıb. O bildirib ki, hazırda onların əsas vacib proqramları İranın raket zonasını genişləndirməkdir.

"Bu sahədə İran üçün hansısa məhdudiyyət görmürük" – deyə Əziz Nəsirzadə əlavə edib. Lakin o jurnalistlərin suallarını cavablayarkən raket mənzillərini necə genişləndirəcəkləri haqda danışmayıb.

Qeyd edək ki, bu ilin mayında Ağ Ev rəhbəri Donald Trampın qərarı ilə ABŞ İranla bağlanan nüvə sazişindən geri çəkilərək bu ölkəyə 3 mərhələdə nəzərdə tutulan sanksiyalar tətbiq etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru