İranın neft naziri: Tehran OPEC+ çərçivəsində neft hasilatını azaltmayacaq

6-12-2018, 06:57           
İranın neft naziri: Tehran OPEC+ çərçivəsində neft hasilatını azaltmayacaq
ABŞ-ın sanksiyaları altında olan İran OPEC+ formatı çərçivəsində hasilatın razılaşdırılmış şəkildə azaldılmasında iştirak etməyəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə OPEK-in nazirlər konfransında iştirak etmək üçün Vyanaya gedən İslam Respublikasının neft naziri Bijan Namdar Zanqane deyib.

"Sanksiyalar ləğv olunmayınca, biz gələcəkdə hasilatın azaldılması kvotası ilə bağlı istənilən qərardan kənarda qalmalıyıq", - deyə o bildirib.

Zanqane hasilat səviyyəsini açıqlamayıb, çünki, onun sözlərinə görə, bu, ABŞ tərəfindən İrana qarşı təzyiq üçün səbəb ola bilər.

"Əgər onlar [ABŞ] OPEC vasitəsi ilə İrana təzyiq göstərmək istəyirlərsə, bu, qeyri-peşəkar davranışdır və deməliyəm ki, OPEC ABŞ-ın Energetika Nazirliyinin bir hissəsi deyil ki, Birləşmiş Ştatlardan da nə etməli olduğu barədə təlimat alsın", - deyə o bildirib.

Monitorinq Komitəsinin Vyanada keçirilən iclasında alyans üzvlərinə 2019-cu ilin birinci yarısında hasilatı azaltmaq tövsiyə olunub. Burada söhbət hasilatın sutkada təqribən 1 milyon barel azaldılmasından gedir. Cümə axşamı OPEC, cümə günü isə qeyri-OPEC ölkələri bu təklifi nəzərdən keçirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru