OPEC+ ölkələri ilə Rusiya razılaşdı –Neft hasilatı azaldılacaq

6-12-2018, 07:06           
OPEC+ ölkələri ilə Rusiya razılaşdı –Neft hasilatı azaldılacaq
OPEC+ ölkələrinin nazirləri, eləcə də Rusiya nümayəndəsi Monitorinq Komitəsinin çərşənbə günü keçirilən iclasında neft hasilatını azaltmağın zəruriliyi barədə razılığa gəliblər.

Bunu jurnalistlərə Omanın neft və qaz naziri Məhəmməd bin Hamad ər-Rumhi iclasdan sonra deyib.

“Rusiyanın öz şəxsi problemləri var, lakin bugünkü görüşdə hər kəs azaldılmanın zəruri olması fikri ilə razılaşdı. Konsensus odur ki, biz hasilatı azaltmalıyıq. Sabah necə [nə qədər] azaldacağımızı müzakirə etməliyik”, – deyə nazir əlavə edib.

Nazirin sözlərinə görə, 2019-cu ildə hasilatın azaldılması sutkada təqribən 1 milyon barel təşkil edə bilər.

“Düşünürəm ki, bir milyon və ya ona yaxın. Lakin sabah biz bunu müzakirə edəcəyik”, – deyə o, neft hasilatının hansı miqdarda azaldılmasından söhbət gedə biləcəyi barədə suala cavabında bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru