Fitch: 2020-ci ildə neftin qiyməti 62,5 dollar olacaq

6-12-2018, 07:44           
Fitch: 2020-ci ildə neftin qiyməti 62,5 dollar olacaq
"Fitch" beynəlxalq reytinq agentliyi iqtisadiyyata dair icmalını dərc edib.

Teref.az Report-a istinadən xəbər verir ki, sənədə görə, 2019-cu ildə neftin bir barelinin qiyməti orta hesabla 62 ABŞ dolları olacaq, 2020-ci ilə dair proqnoz isə57,5 dollardan 62,5 dollaradək qaldırılıb.

Bununla yanaşı, 2018-ci ilə dair proqnoz da 72 dollardan 72,5 dollara çatdırılıb. Müəlliflərə görə, bu dəyişikliyin səbəbi OPEC+ formatının neft qiymətlərini sabitləşdirəcəyinə inamın artmasıdır.

"OPEC+ formatında hasilatın bir qədər azaldılmasına dair razılaşmaların mümkünlüyü ilə bağlı neft qiymətlərinin indiki səviyyədən əvvəlki rəqəmlərə qayıdacağını gözləyirik", - icmalda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru