Məşhur şirkətlər plastik qabdan imtina etdi - Siyahı

7-12-2018, 08:15           
Məşhur şirkətlər plastik qabdan imtina etdi - Siyahı
Dünya artıq plastik qablardan imtina mərhələsindədir. Qonşu Gürcüstan, Türkiyə və başqa ölkələr bununla bağlı layihələr hazırlayır. Hətta Azərbaycanda da Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşların plastikdən, sellofan paketlərdən istifadəsini azaltmaq üçün tədbirlər görür, ekoloji cəhətdən daha təmiz və sərfəli paketlərin istehsalına başlayıb.

Axar.az xəbər verir ki, dünyaca məşhur geyim və kosmetik vasitələr istehsal edən şirkətlər də plastikdən birdəfəlik imtina üçün tədbirlər görürlər. Hətta sözügedən şirkətlər bunun üçün müvafiq razılaşma da imzalayıblar.

Razılaşmaya daha çox plastik istehsal edən şirkətlər imza atıblar (dünya istehsalının təxminən 20% -i).

İmzalanan sənəddə bunlar təklif edilir:

- istənilən sahədə materialın istifadəsini minimuma endirmək,

- plastik tullantıları aradan qaldırmaq,

- onlarla ətraf mühitinin çirklənməsinin qarşısını almaq,

- birdəfəlik plastik qablardan imtina etmək,

- bu materialı təkrar emal etmək üçün innovativ metodlar tətbiq etmək,

- Mövcud plastikdən mümkün qədər uzun müddət istifadə “etmək.”

Razılaşma artıq bir neçə brend tərəfindən imzalanıb. Razılaşmaya imza atanlar arasında “Burberry”, “H&M”, “Stella McCartney”, “L’Oreal”, “Unilever”, “Target” şəbəkəsi, “Selfridges”, “Inditex” korporasiyasına daxil olan “Zara”, “Berşka”, “Massimo” və “Dutti” də var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru