Avtobus, tramvay, şəhərlərarası qatarlarda gediş haqqı pulsuz olacaq

7-12-2018, 10:14           
Avtobus, tramvay, şəhərlərarası qatarlarda gediş haqqı pulsuz olacaq
Avtobus, tramvay, şəhərlərarası qatarlarda gediş haqqı pulsuz olacaq- Lüksemburqda yollarda tıxacın qarşısı bu yolla alınacaq
Lüksemburq bütün nəqliyyat vasitələrində gediş haqqının ləğv ediləcəyi dünyanın ilk ölkəsi olacaq.
Gələn ilin yayından etibarən hökumət avtobus, tramvay, şəhərlərarası qatarları ödənişsiz edəcək.

Bu qərar yollardakı tıxacların qarşısını almaq üçün qəbul edilir.

Hersoqluğun əhalisi 600 min nəfərdir. Bununla belə gün ərzində Almaniya və Fransadan Lüksemburqa yüz minlərlə insan işləməyə gəlir. Bu səbəbdən yollarda tıxac yaranır. Lüksemburqda gələcəkdə birinci və ikinci sinif qatarlarda da gediş haqqının ləğvi nəzərdə tutulur. Qafqazinfo.az

Qeyd edək ki,bu mədəni tədbir ekoloji tarazlığın pozulmasının qarşısını alacaq, eyni zamanda ölkəyə turist axınını surətləndirəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.