Avstraliyada kenquru yaşlı adamı döydü — VİDEO

7-12-2018, 22:39           
Avstraliyada kenquru yaşlı adamı döydü — VİDEO
Avstraliyanın Viktoriya əyalətində qəribə hadisə baş verib.
Teref.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, iki köpəyini qorumaq istəyən yaşlı adama kenquru hücum edib. Kenquru yaşlı şəxsi bir təpik zərbəsi ilə yerə sərib.
Hadisə əyalətin Bendiqo şəhərində baş verib. Göl ətrafında kenqurunun itlərinə hücumunun qarşısını almaq istəyən Deniel kisəli məməlinin yumruq və təpiklərinə "qonaq" olub.

Video çarxı sosial şəbəkədə Denielin qızı Bri paylaşıb. Mobil telefonla baş verənləri qeydə alan qız atasına kenqurunun gəlməsi barədə xəbərdarlıq edir. Bri atası ilə kenquru arasındakı mübarizəni izləyəndə özünü gülməkdən saxlaya bilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru