Qonşuluqdakı paytaxt hər il 25 santimetr çökür

8-12-2018, 08:04           
Qonşuluqdakı paytaxt hər il 25 santimetr çökür
Yenidənqurma işləri Tehranı çökdürür
İranın paytaxtı Tehran hər il 25 santimetr çökür. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu haqda İran İnşaat Araşdırmaları Mərkəzi məlumat yayıb. "Nature" dərgisində yayımlanan məlumata görə, 2003-2017-ci illərdə çəkilən peyk görüntüləri araşdırılıb. Kəndəki yol və binalarda çatlar, bəzi bölgələrin isə hər il 25 santimetr çökdüyü, dərinliyə batdığı qeyd olunub. Məlumata görə, bu çatların yaranmasının əsas səbəbi şəhərin çökməsi ilə əlaqədardır.

Alimlər Tehranın çökməyə görə dünyada ən üst pillələrdə qərarlaşdığını bildirib. Bundan başqa qeyd olunub ki, yağmur sularının dərin çuxurlara dolduğu, torpağın kifayət qədər sulanmadığı da diqqətə çatdırılıb. ALimlərin sözlərinə görə, şəhərin getdikcə çökməsinin əsas səbəbi əhalinin artımı və bununla əlaqədar olaraq yenidənqurma işlərin geniş vüsət alması olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru