MKİ məxfi əməliyyatlarını bu qadına tapşırdı

8-12-2018, 19:31           
MKİ məxfi əməliyyatlarını bu qadına tapşırdı
Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiya qrupunun keçmiş rəhbəri Elizabet Kimber MKİ-nin Əməliyyatlar İdarəsinə (keçmiş Milli Məxfi Xidmət) rəhbər gətirilib.

Axar.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” qəzeti məlumat yayıb. Kimberin bu idarəyə rəhbər gətirilən ilk qadın olduğu bildirilib.

Qeyd edək ki, MKİ-nin Əməliyyatlar İdarəsi kəşfiyyat agenturasının informasiyalarının toplanılması, xarici agentlərin idarəsi, məxfi əməliyyatların təşkili və keçirilməsinə nəzarət edir.

Kimber öz kariyerasının böyük hissəsini Qərbi Avropada keçirir. O, hazırda Avropa və Avrasiya Missioner Mərkəzinə rəhbərlik edir.

Kimber həmçinin MKİ-nin Rusiya qrupuna rəhbərlik edib. Bu qrup Rusiya obyektləri və xidmətləri barədə casusluq aparan agentura şəbəkəsi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru