Ukrayna özünün nüvə silahını yaratmaq üçün unikal imkanlara malikdir.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın NATO-dakı missiyasının keçmiş təmsilçisi Pyotr Qaraşuk danışıb.
“Dünyanın heç bir yerində əvvəl SSRİ-də, daha sonra müstəqil Ukraynada olan Dnepr zavodu kimi qitələrarası ballistik raket istehsal edən yer olmayıb. Nə Rusiya, nə ABŞ, nə də Çin “Satana” adlanan raketlər buraxmayıb”, - Qaraşuk bildirib.