Keçmiş FTB sədri Ceyms Komi Hillari Klinton ətrafında aparılan istintaq çərçivəsində konqresmenlərin suallarını cavablandırıb.
Axar.az xəbər verir ki, Komi seçki prosesi zamanı Donald Trampı dayandırmağa çalışan tabeliyindəki Piter Strjokun hərəkətlərindən xəbərdar olmadığını bildirib.
“Strjokun planları barədə xəbərdar olsam, onu dərhal Tramp və Klintona qarşı istintaqdan uzaqlaşdırardım”, - Komi bildirib.