Böyük Britaniya Rusiyaya qarşı daha iki cinayətə görə ittiham irəli sürdü

9-12-2018, 18:19           
Böyük Britaniya Rusiyaya qarşı daha iki cinayətə görə ittiham irəli sürdü
Rusiya Böyük Britaniya ərazisində törədilən iki qətl hadisəsinə görə ittiham edilir.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, həmin qətllər bu ilin mart ayında Rusiya hərbi kəşfiyyatı tərəfindən zəhərləndirildiyi iddia edilən “Yuri Skripal işi” ilə əlaqələndirilə bilər.

“The Times” qəzeti işi araşdıran detektivlərin təhqiqatdan sonra belə bir qənaətə gəldiklərini yazır. Skotland Yardın əks-kəşfiyyat idarəsinin işi araşdıran heyəti Rusiya Baş Kəşfiyyat idarəsinin əməkdaşlarının ölkəyə hər gəlişində şübhəli qətllərin baş verdiyini müəyyən ediblər.

Söhbət hələ ki, konkret olaraq 2 biznesmenin müəmmalı ölümündən gedir.

Bunlardan biri 2012-ci ildə London kənarında, öz evinin ətrafında səhər qaçışını həyata keçirdikdən sonra qəfildən dünyasını dəyişən Aleksandr Peripeliçnidir. Həmin vaxt onun 44 yaşı varmış.

Hadisədən 2 il sonra Peripeliçninin həyatını sığortalatdırdığı şirkət yenidən araşdırma aparıb. Təhqiqat nəticəsində onun mədəsində nadir Çin bitkilərindən biri sayılan gelzemiumun tərkibində olan zəhərli maddə aşkar ediblər. Bu maddə ürək döyünməsini birdən birə partlama səviyyəsinə qədər sürətləndirir. Peripeliçni Britaniya xüsusi xidmət orqanlarına Rusiyanın qeyri-qanuni maliyyə axınlarını araşdırmaqda kömək edirdi.

İkinci hadisə isə Skott Yanq adlı biznesmenin müəmmalı intiharı ilə bağlıdır. Rəsmi versiyada onun özünün yaşadığı evin pəncərəsindən atdığı yazılıb. Lakin Skott Yanqın vaxitlə Putinin düşməni Boris Berezovski ilə yaxınlığı istintaqı ayrı istiqamətə yönəldib və müəyyən nəticələr əldə olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.