Su içdi, beynini bu heyvan yedi

10-12-2018, 07:03           
Su içdi, beynini bu heyvan yedi
ABŞ-ın Sietli şəhərində 69 yaşlı bir qadın dözülməz baş ağrılarından əziyyət çəkirdi. Sinus infeksiyası şikayəti ilə xəstəxanaya müraciət edəndə içdiyi sudan beyin yeyən amyöb (Təkhüceyrəlilərə mənsub olub, şirin suda yaşayan və daimi forması olmayan mikroskopik (adi gözlə görünməyən) ibtidai heyvan) düşdüyü ortaya çıxıb. Beyni gündən-günə əriyərək təpitmə kimi olan bədbəxt qadın həyatını itirib.


Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bir illik prosesdə beyin yeyən amyöb, qadının beynindəki sinir toxumalarınl gün keçdikcə yeyib və beyni qanlı çuxura çevirib.


Baş ağrısı dözülməz səviyyəyə gələn qadın, sinus infeksiyası şikayətiylə xəstəxanaya müraciət edib. Xəstəxanaya müraciət edən qadının sol qoluna nəzarət edə bilmədiyi və məntiqli düşünmədiyi hiss edilib.


Beyninə “Balamuthia mandrillaris” tipli amyöb düşdüyü müəyyən edilən qadın bütün səylərə baxmayaraq həyatını itirib. İlk olaraq 1986-ci ildə kəşf edilən “Balamuthia mandrillaris” tipli amyöb, bu günə qədər yalnız 200 nəfərdə aşkar olunub.

89 faiz öldürücü olduğu bilinən “Balamuthia mandrillaris”in təsirləri həftələr, hətta aylar sonra ortaya çıxır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.