Qərbdə Rusiya qorxusu - Narahatlıq

10-12-2018, 08:36           
Qərbdə Rusiya qorxusu - Narahatlıq
“Rusiya bu gün Qərb üçün beynəkxalq terrorizmdən daha böyük təhlükədir”.

Bu haqda Belçikanın müdafiə əməliyyatları üzrə komandanı Karl Qillis “Paris Match” nəşrinə müsahibəsində bildirib.

O, bu fikrə Rusiya prezidentinin siyasi məsələlər üzrə məsləhətçisi ilə NATO ölkələrinin nümayəndələrinin görüşünün nəticəsinə görə gəlib. Görüş yaxın vaxtlarda Romada NATO-nun Müdafiə Kollecində keçirilib. Onun sözlərinə görə, bu tədbirdə terrorizm mövzusu demək olar ki, qaldırılmırdı, amma Rusiya təhlükəsi demək olar ki, bütün məruzələrdə var idi.

Qillisin sözlərinə görə, Rusiya nümayəndəsinin çıxışı göstərir ki, Moskva dünyanın super dövləti kimi möhkəmlənmək və bu məqsədlə dünyada əhəmiyyətli rol oynayan Asiya-Sakit okeanı regionuna nüfuz etmək niyyətindədir.

O, əlavə edib ki, sərhədlərində nə vaxtsa bufer zona olan yerlərdə təsirin bərpası indi Rusiyanın hədəfidir. Belçikalı zabitin sözlərinə görə, Rusiya nəyin bahasına olursa-olsun Avropa İttifaqı-NATO birliyini pozmağa səy göstərir.

Müəllif: Mənbə/Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru