Rusiyanın "S-300"-ü göydə partladı – VİDEO

12-12-2018, 07:06           
Rusiyanın "S-300"-ü göydə partladı – VİDEO
Rusiyanın Həştərxan vilayətində yerləşən poliqonda raket partlayıb. Sputnik Azərbaycan xəbər verir ki, hadisənin videosunu "Avia.Pro" portalı yayımlanıb.

Hələlik Rusiya Müdafiə Nazirliyi insidentlə bağlı rəsmi məlumat yaymayıb. Bununla yanaşı, hərbi dairələrdəki mənbə raketin gözlənilmədən havadaca partladığını açıqlayıb

Məlumata əsasən atışlar bazar ertəsi, dekabrın 9-da Kapustin Yar poliqonunda həyata keçirilib. Raket poliqondan kənara düşməyib.

S-300 raket kompleksi 1975-ci ildən istifadə olunur. Komplekslər 75-200 kilometr uzaqlıqda olan müxtəlif hündürlükdə olan hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru