Təhlükəli xəbərdarlıq: "Burada heç nə qalmayacaq"

5-01-2019, 07:32           
Təhlükəli xəbərdarlıq: "Burada heç nə qalmayacaq"
Samuidə xilasedicilər insanları dənizdən uzaq tutmaq üçün xəbərdar etmək məqsədilə qırmızı bayraqlar qaldırıblar

Tailanddan vətəndaşları "Pabuk" qasırğasına görə çıxarırlar. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, son günlər Tailandın Hakhonsithammarat əyalətində insanlar "Siz burada qala bilmzəsiniz, bu çox təhlükəlidir" sözlərini yük maşınlarında yüksək səslə eşidirlər.

Bölgədə "Pabuk" qasırğasının ən yüksək həddə çatacağı gözlənilir.

O hazırda 60 min rusiyalı turistin istirahət etdiyi Tailandın cənubunda tüğyan etməyə başlayıb.

Turistlər də, yerli əhali də təhlükəli bölgəni tərk etməyə imkan tapmayıb. Məmurlar sahildən uzaqlaşmağa yardım edirlər. Onlar sahildə evlərin, restoranların, mehmanxanaların qalmayacağı barədə xəbərdarlıq edirlər.

Samuidə xilasedicilər insanları dənizdən uzaq tutmaq üçün xəbərdar etmək məqsədilə qırmızı bayraqlar qaldırıblar.

Çimərliklər boş olsa da polis növbə çəkir.

Daha əvvəl Samui adasında rusiyalı turistin batan qızını xilas etməyə çalışdığı zaman öldüyü barədə məlumat verilmişdi.

Belə hesab edilir ki, fırtına 1989–cu ildə Tailandda 400 dən çox insanın ölümünə səbəb olan qasırğadan sonra ən güclü qasırğa olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru