Almaniya qara təslim oldu

7-01-2019, 22:57           
Almaniya qara təslim oldu
Almaniyanın cənubunda, Bavariya əyalətində yağan qar həyatı iflic edib. AzEuroNews.com xəbər verir ki, az qala bir metrə çatan qarın qalınlığı ilə bağlı məktəblər bağlanıb, qatar və təyyarə reysləri ləğv edilib.

Münxen Hava Limanından verilən məlumata görə, dünən 130, bu gün 15 uçuş ləğv edilib. 220 təyyarə reysi isə gecikib.

Bavariyanın bəzi şəhərlərində elektrik enerjisinin verlişində fasilə yaranıb.

Əyalətin Daxili İşlər Naziriliyindən verilən məlumata görə, Taysenberq dağından qar uçqunu nəticəsində 20 yaşındakı gənc qız həyatını itirib.

Qarlı havanın bir neçə gün davam edəcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru