Tramp Makronla ABŞ qoşunlarının Suriyadan çıxarılmasını müzakirə edib

8-01-2019, 08:06           
Tramp Makronla ABŞ qoşunlarının Suriyadan çıxarılmasını müzakirə edib
ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanüel Makron ilə söhbət zamanı ABŞ qoşunlarının Suriyadan çıxarılması planını müzakirə edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Ağ evə istinadən "Reuters" məlumat yayıb.

"İki ölkə lideri İŞİD terror təşkilatının məhv edilməsinə ümumən sadiq olduqlarını təsdiq edərək, Suriyadakı vəziyyəti, həmçinin ABŞ qoşunlarının Suriyadan qətiyyətli, məqsədyönlü və əlaqələndirilmiş çıxarılma planını müzakirə ediblər", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, həmsöhbətlər eləcə də qeyd ediblər ki, Suriyada istənilən kimyəvi silahdan yeni istifadə halı yolverilməzdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru