“Saudi Aramco” dünyada ən bahalı şirkətdir- Dəyəri 2 trilyon dollardır

9-01-2019, 21:59           
“Saudi Aramco” dünyada ən bahalı şirkətdir- Dəyəri 2 trilyon dollardır
Səudiyyə Ərəbistanında “DeGolyer & McNaughton” müstəqil audit şirkəti tərəfindən aparılan araşdırmalara əsasən, bu ölkənin neft ehtiyatları 264 milyard yox, 266,1 milyard bareldir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat verən ölkənin energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl-Falihin sözlərinə görə, beləliklə, “Saudi Aramco” dövlət neft şirkətinin dünyada ən bahalı şirkət olduğu təsdiqlənir.

“Reuters” bildirib ki, ölkənin təbii qaz ehtiyatları da 31 dekabr 2017-ci il tarixinə olan məlumata görə, 307 trilyondan 324 trilyon kubfutadək artıb.

D&M şirkəti ölkə ehtiyatlarının 80 faizinədək hissəsini əhatə edən 54 yatağını araşdırdığı halda, “Saudi Aramco”nun ixtiyarında cəmi 364 yatağın olduğu bildirilir. Bundan əvvəl Səudiyyə Ərəbistanı hökuməti dövlət neft şirkətini 2 trilyon ABŞ dollarına dəyərləndirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru