“Rusiya Ermənistana kölgə təzyiqi kimi Robert Koçaryandan istifadə edir”
10-01-2019, 14:16
“Ermənistanın indiki hakimiyyətinin tərəfdarlarla əməkdaşlıq etmək üçün rasional proqramı olmadığından cinayətkar-oliqarx sistemə nüfuzu ilə təsir edir”.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i yazıb.
Bildirilib ki, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşdə keçmiş prezident Robert Koçaryan məsələsini gündəlikdən çıxara bilməyib.
Yazıya əsasən, Paşinyan Rusiya-Ermənistan məsələsini Koçaryanın kölgəsindən çıxara bilməyib.
“Moskva Yerevana kölgə təzyiqi kimi Robert Koçaryandan istifadə edir. Robert Koçaryan erməni cinayətkar oliqarxiyasının qurucusu, hətta onun rəmzidir. Onun həbsi isə köhnə sistemin məhvi deməkdir”, - deyə müəllif vurğulayıb.