XİN yeni sunami təhlükəsi barədə xəbərdarlıq edib

10-01-2019, 21:20           
XİN yeni sunami təhlükəsi barədə xəbərdarlıq edib
Mütəxəssislər yerli əhaliyə okean sahillərindən azı 500 metr uzaq qalmağı məsləhət görür
İndoneziyada yenidən sunami ola bilər. Rusiya XİN bu barədə xəbərdarlıq yayıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, ən böyük təhlükə Yava adasının Banten əyalətində və Sumatra adasında yerləşən Lampunq əyalətində gözlənilir. Mütəxəssislər yerli əhaliyə Zond boğazının sahillərindən azı 500 metr uzaqda qalmağı məsləhət görür.

Xatırladaq ki, 22 dekabr 2018-ci il tarixində Zond boğazı sahillərində Anak-Krakatay vulkanının aktivləşməsi səbəbindən sunami baş verib. Nəticədə 429 nəfər ölüb, 1400 şəxs xəsarət alıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.