Daha bir ölkə başçısı Davos forumundan imtina etdi

12-01-2019, 08:27           
Daha bir ölkə başçısı Davos forumundan imtina etdi
Bu il Ümumdünya İqtisadi Forumu 22-25 yanvar tarixlərində keçiriləcək

Fransa prezidenti Emmanuel Makron Ümumdünya İqtisadi Forumuna (WEF) qatılmayacaq. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Qeyd olunur ki, ölkə başçısı iş qrafikinin zəngin olmasına görə Davosa getməyəcək.

Xatırladaq ki, daha əvvəl Birləşmiş Ştatlar prezidenti Donald Tramp ABŞ – Meksika sərhədində divarın tikintisinin maliyyələşdirilməsi məsələsində demokratlarla fikir ayrılığına görə Davosa getməyəcəyini bildirmişdi.

Bu il Ümumdünya İqtisadi Forumu 22-25 yanvar tarixlərində keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru