Dünyanın ən ağıllı adamları hansı ölkələrdə yaşayır? – Siyahı

13-01-2019, 10:11           
Dünyanın ən ağıllı adamları hansı ölkələrdə yaşayır? – Siyahı
“Voçrklaud” portalı dünyadakı ən ağıllı 25 ölkənin siyahısını hazırlayıb.

Araşdırmanın nəticəsinə görə, Yaponiya, İsveçrə, Çin, ABŞ və Hollandiya ilk beşlikdə qərarlaşıb. Rusiya isə siyahıda 6-cı yeri tutub.

Portal Şərqi Asiya ölkələrinin göstəricilərinə xüsusi diqqət çəkib. Belə ki, Cənubi Koreya, Tayvan və Sinqapur əhalisinin intellektual səviyyəsinə görə lider olsalar da, Nobel mükafatlarının azlığına görə sonuncu sıralarda yer alıb.

Araşdırma zamanı ölkələrin Nobel mükafatlarının sayı, əhalinin orta İQ səviyyəsi və məktəb performansları nəzərə alınıb/Axar.az.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru