Meksika prezidenti Davos Dünya İqtisadi Forumunda iştirakdan imtina edib

16-01-2019, 06:48           
Meksika prezidenti Davos Dünya İqtisadi Forumunda iştirakdan imtina edib
Meksika prezidenti Andres Manuel Lopes Obrador Davos Dünya İqtisadi Forumunda iştirak etməyəcək.

Trend-in məlumatına görə, bu barədə Meksika prezidenti mətbuat konfransı zamanı deyib.

A.Obrador qeyd edib ki, Mexikoda və ölkəsində işini dayandıra bilməz.

Gözlənilir ki, Meksika prezidentinin əvəzinə İsveçrəyə maliyyə nazirliyinin nümayəndələri gedəcək.

Davos Dünya İqtisadi Forumu 22-25 yanvar tarixlərində keçiriləcək.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Davos Dünya İqtisadi Forumunda iştirak etməkdən imtina edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru