Norveçdə yeni qaz yataqları aşkar edildi

17-01-2019, 08:04           
Norveçdə yeni qaz yataqları aşkar edildi
“Equinor” (əvvəlki “StatoilASA”), “Petoro”, “ExxonMobil” və “Total” neft şirkətlərindən ibarət konsorsium Norveç dənizinin şelfində yeni qaz və kondensat yataqları kəşf etdiklərini açıqlayıb.

Report xəbər verir ki, Norveçin “Equinor” şirkətinin bu barədə məlumatında yeni yataqdakı ehtiyatlar neft ekvivalentilə 6-25 milyon barel həcmində qiymətləndirilir.

“Equinor” şirkətinə məxsus sahənin yaxınlığında, “Kristin” platformasının 20 kilometrliyində yerləşən yataqda kəşfiyyat qazma işləri ötən ilin oktyabr ayında başlanmışdı.

Bundan əvvəl “Equinor” şirkəti Norveçin qitə şelfində yerləşən 29 sahəyə dair lisenziya aldıqlarını bildirmişdi. Bunlardan 7 sahə Şimal dənizi, 16 sahə Norveç dənizi, 7 sahə də Barens dənizinə aid ərazilərdədir. “Equinor” 13 lisenziya üzrə layihə operatoru, 16 lisenziya üzrə isə tərəfdaş qismində iştirak edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru