Sensasiya: İsrail ordusu İrana girə bilər

17-01-2019, 09:19           
Sensasiya: İsrail ordusu İrana girə bilər
Tehranın Suriyadakı varlığını məhv etmək üçün İsrail ordusu İrana girə bilər.

Axar.az xəbər verir ki, bu barədə İsrailin düşüncə təşkilatı olaraq tanınan Milli Təhlükəsizlik İnstitutunun bu il üçün yaydığı hesabatda bildirilib.

İsrailin 2019-cu ildə qarşılaşa biləcəyi mümkün problemlərlə bağlı hesabat yayan təşkilat ən ciddi təhdidin İran, Suriya və Hizbullahla baş verəcək müharibə olduğunu qeyd edib. Bundan əlavə, müharibə başlayacağı təqdirdə İsrailin HƏMAS-la da döyüşmək məcburiyyətində qalacağı bildirilib.

Hesabatda ABŞ Prezidenti Donald Trampın əsgərlərini Suriyadan geri çəkməsindən sonra İsrailin İrana girməsinə ehtiyac yaranacağı vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru