Diqqət: 10 ilin ən soyuq qışı gəlir

20-10-2015, 13:37           
Diqqət: 10 ilin ən soyuq qışı gəlir
Dünya son 10 ilin ən soyuq qışını gözləyir.

ANSPRESS xəbər verir ki, bu haqda ABŞ Milli Okean və Atmosfer Agentliyi (NOAA) məlumat yayıb. Qurumun okean sularına baxaraq apardığı müşahidələr nəticəsində axırıncı dəfə 1997 – 98-ci ildə müşahidə olunan “Super El Nino” qasırğası bu qış da özünü göstərəcək. İntensiv qar, qasırğa, sel, torpaq sürüşməsi və quraqlığa səbəb olan “El Nino” bu qış dünyanın qütblərində pik həddə çatacaq. Xüsusilə yanvar və fevral aylarında dondurucu soyuqlar gözlənilir.

Digər tərtəfdən okean sularında temperaturun çoxalması ilə “El Nino”nun qütblərdəki bəzi buzalaqları əritdiyi, əriyən buzların küləyin də təsiri ilə dünyanın müxtəlif yerlərində sel və s. bu kimi təbii fəlakətlər yarada biləcəyi proqnozlaşdırılır.

İngiltərənin meteorologiya mütəxəssisləri bu il ABŞ və Avropanın şimalında güclü soyuqlar olacağını bildirir. ABŞ ilə Avropanın cənubu və Aralıq dənizi hövzəsində isə ilıq; amma fırtına, qasırğa, sel kimi təbii fəlakətlərin daha intensiv olacağı, həmçinin rütubətli qış olacağı gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.