Rusiyada "Crocus"dakı terror aktı ilə bağlı cinayət işinin istintaqı başa çatıb

24-06-2025, 12:24           
Rusiyada "Crocus"dakı terror aktı ilə bağlı cinayət işinin istintaqı başa çatıb
Rusiya İstintaq Komitəsi "Crocus City Hall"da baş verən terror aktı ilə bağlı cinayət işinin istintaqını başa çatdırıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko Rusiya KİV-lərinə bildirib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxslər silah və döyüş sursatlarının, həmçinin partlayıcı maddələrin qanunsuz dövriyyəsində, partlayıcı qurğuların yenidən düzəldilməsində, terror aktına hazırlıqda və bir sıra digər məsələlərdə ittiham olunurlar.

S.Petrenko həmçinin bildirib ki, 19 təqsirləndirilən şəxsə qarşı cinayət işi məhkəməyə göndərilmək üçün prokurora təqdim edilib. İki təşkilatçı və terror təşkilatının dörd üzvünə qarşı ilkin istintaq davam edir.

Qeyd edək ki, 2024-cü il martın 22-də Krasnoqorskdakı "Crocus City Hall"da "Piknik" rok qrupunun konsertindən əvvəl bir neçə şəxs ziyarətçilərə və işçilərə atəş açıb. Binada yanğın baş verib. Hadisə nəticəsində 146 nəfər həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru