KİV: Kim Çen In fevralda Vyetnama səfərə hazırlaşır

18-01-2019, 07:32           
KİV: Kim Çen In fevralda Vyetnama səfərə hazırlaşır
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In fevralda rəsmi dövlət səfəri ilə Vyetnama yola düşə bilər.

"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" bildirib.

Mənbələrdən biri hətta səfərin təxmini müddətini də açıqlayıb. Onun sözlərinə görə, bu, 4-8 fevralda ola bilər. Bu halda ABŞ prezidenti Donald Trampla Koreya Xalq Demokratik Respublikasının başçısının görüşünün planlaşdırılması dəqiqləşdirilməyib.

Bir qədər əvvəl KİV bildirib ki, məhz Vyetnama ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın ikinci görüşü üçün ərazi kimi baxılır. Vyetnamın Xarici İşlər Nazirliyi "Reuters"in informasiyasını şərh etməkdən imtina edib.

Daha əvvəl "Yonhap" agentliyi bildirib ki, Donald Tramp Kim Çen Inla növbəti görüşün fevral ortalarında, Vyetnamda keçirilməsini təklif edib. Agentliyin məlumatına görə, Pxenyan rəsmi Vaşinqtonun təklifinə baxır, amma hələ rəsmi cavab yoxdur.

Daha əvvəl bildirilib ki, Koreya Xalq Demokratik Respublikası və ABŞ liderlərinin görüşü yaxın vaxtlarda olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru