“Qaşıqçının ölümündə yanlış olan nədir?” – Prezidentdən şok açıqlama

20-01-2019, 09:51           
“Qaşıqçının ölümündə yanlış olan nədir?” – Prezidentdən şok açıqlama
Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda vətəndaşının sui-qəsdə məruz qalmasında yanlış olan nədir?

Axar.az xəbər verir ki, bu sözləri Qəmər adaları Prezidenti Azali əs-Sumani qətlə yetirilən jurnalist Camal Qaşıqçı barədə danışarkən deyib. O, Qaşıqçının qətlinin adi bir ölüm hadisəsi olduğunu söləyib:

“Bu məsələni kral Salmana çatdırmağınızı və narahat olmamasını söyləməyinizi istəyirəm. Hər gün dünyada yüzlərlə insan ölür və kimsə bunu qınamır”.

Beynəlxalq Frankofon Media Yayım Birliyinin Qəmər adalarındakı nümayəndəliyi prezidentin sözügedən açıqlamasını tənqid edib:

“Ölkə başçısının təkcə jurnalistləri deyil, ictimaiyyəti də şok edən bu sözlərini geri götürməsini xahiş edirik”.

Qeyd edək ki, səudiyyəli müxalif jurnalist Camal Qaşıqçı ötən il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru