Kassa çeklərinin ölümcül təhlükəsi açıqlanıb

22-01-2019, 22:39           
Kassa çeklərinin ölümcül təhlükəsi açıqlanıb
İspaniya universitetinin alimlərinin araşdırmalarına əsasən, İspaniyada, Braziliyada, Fransada hazırlanmış termal kağız çeklərinin tərkibində bisfenol A maddəsi mövcuddur



Teref.az deyerler.org-a istinadən bildirir ki, bisfenolun qadın hormonu estroqenlə oxşar olması, insan üçün təhlükəli olan reproduktiv sistem xəstəliklərinin əmələ gəlməsinə səbəb olur. Tədqiqat nəticələrinə əsasən, kassa çekləri qida məhsulları ilə təmasda olmamaldır. Eyni zamanda onları tullamamışdan əvvəl əzmək, üzərində qələmlə qeydlər aparmaq, onları saxlamaq qəti şəkildə məsləhət görülmür.

Alimlər bəzi təhlükəsiz sayılan çeklərdə də "bisfenol S" maddəsi aşkar etmişdir. Bu da əvvəl qeyd olunan maddələr kimi hormonal pozğunluğa gətirib çıxarır. Belə maddələr ürək xəstəliyi, sidik-cinsiyyət, sonsuzluq, piylənmə və xərçəng kimi xəstəliklərin yaranmasına səbəb ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru