Venesuela BƏƏ-yə 30 tona yaxın qızıl satmağı planlaşdırır 1-02-2019, 07:39 Venesuela yaxın günlərdə BƏƏ-yə 15 ton qızıl satmaq niyyətindədir.“Report” xəbər verir ki, bu barədə mənbəyə istinadən "Reuters" məlumat yayıb.Adını açıqlamayan yüksəkçinli məmur qeyd edib ki, Cənubi Amerika ölkəsi BƏƏ-yə ehtiyat fondundan ümumilikdə 29 ton qızıl satacaq.Həmsöhbət həmçinin bildirib ki, ölkə, yanvarın 26-da ehtiyatda olan qzıldan artıq 3 tonunu satmağa macal tapıb.Ötən il isə Venesuela Türkiyə və BƏƏ-də təmizlənməmiş qızıldan 900 milyon dollara yaxın vəsait əldə edib. Facebook-da paylaş