KXDR və ABŞ danışıqları davam etdirməyi razılaşdırıblar

1-03-2019, 07:54           
KXDR və ABŞ danışıqları davam etdirməyi razılaşdırıblar
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp Hanoyda keçirilən görüşün gedişatında ikitərəfli əlaqələrin müzakirəsini davam etdirməyi razılaşdırıblar.

"Report" xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (STAK) məlumat yayıb.

Agentliyin məlumatına görə, ikinci sammitin gedişatında Koreya Xalq Demokratik Respublikası və ABŞ liderləri gələcəkdə də Koreya yarımadasının nüvəsizləşdirilməsini Koreya-Amerika münasibətlərinin dövri inkişafı üçün sıx əlaqəni dəstəkləməyi razılaşdırıblar.

Həmçinin bildirilir ki, tərəflər məsələlərin həlli üçün məhsuldar danışıqları davam etmək niyyətindədirlər.

Daha əvvəl Donald Tramp bildirib kl, növbəti ABŞ-KXDR sammitinin vaxtı və yeri barədə razılaşma yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru