Avropada anomaliya: Son 250 ildə...

1-03-2019, 08:08           
Avropada anomaliya: Son 250 ildə...
Fevralın 28-i Avstriyada temperaturun ölçüldüyü son 250 ildə bu ayın ən isti günü kimi tarixə düşüb.

Azərtac xəbər verir ki, bu il fevralın 28-də ölkənin bəzi regionlarında (Cənubi Burqenland və Qərbi Ştiriya) havanın hərarəti 24,2 dərəcəyə çatıb. Bu göstərici 1960-cı il fevralın 29-da Avstriyanın Bruk an der Mur şəhərində qeydə alınmış rekord göstəricini (23,6 dərəcə) geridə qoyub.

Fevralın 28-də ölkədəki 280 meteoroloji stansiyada havanın temperaturunun müsbət 20 dərəcədən yuxarı olduğu qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru