ABŞ Putinin var-dövlətini axtarır - Yeni qanun 1-03-2019, 08:12 ABŞ konqresmenləri Rusiya lideri Vladimir Putin haqqında "Şəffaflıq" adlı qanun layihəsi hazırlayıb.Axar.az xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının üzvü Stefanik Els məlumat verib.Yeni qanuna əsasən, ABŞ kəşfiyyatı Konqresə Vladimir Putinin gəlirləri və əmlakı haqqında məlumat təqdim etməlidir.Sözügedən qanuna münasibət bildirən Kreml sözçüsü Dmitri Peskov Putinin gəlirlərinin ifşa edilməsi tələbini ciddiyə almadıqlarını deyib. Facebook-da paylaş