“Bidzina İvanişvili təhlükəli oyuna girişib”

6-11-2015, 23:25           
“Bidzina İvanişvili təhlükəli oyuna girişib”
“Gürcüstan prezidenti və əsasən də baş naziri İvanişvilini təlimatlarını yerinə yetirirlər. Bu təlimatlara görə isə rəsmi Tiflis Moskva və İrəvanla şübhəli təmaslara başlayıb”.

Hafta.az-ın verdiyi xəbərə görə, bunu politoloq Elxan Şahinoğlu deyib. Elxan Şahinoğlu həmçinin qeyd edib ki, Tiflis Rusiyadan qaz almaq istəyir, guya Azərbaycan qazı onlara kifayət etmir:

“Gürcüstanın eks-baş naziri Bidzina İvanişvili təhlükəli oyuna girişib. Ermənistanla İran qazının tranziti məsələsində əməkdaşlığa maraq göstərir, üstəlik Ermənistana dəmir yolunun açılması mövzusu gündəmdədir. Hardan baxsaq, bütün bunlar Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığına suallar yaradacaq addımlardır. İvanişvilinin heç bir vəzifəsi olmasa da, Tiflisə gələn Ermənistan prezidenti Serj Sərkisyanla görüşdü. Hər ikisi gülərüz pozlar verdi. İvanişvilinin Tiflisdə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb-görüşməyəcəyi bəlli deyil, ancaq Gürcüstanda anlamalıdırlar ki, xarici siyasətlərindəki qəfil dönüşlə Rusiyanın və Ermənistanın dostluğunu qazanmayacaqlar. Çünki biri torpaqlarını işğal edib, erməni separatçıları da ayağa qalxmaq üçün məqam axtarır. Ancaq itkisi böyük olacaq - Azərbaycanın inamını itirəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.