Rusiya təyyarəsinin “qara qutu”sundan “bomba” çıxdı

7-11-2015, 21:21           

isirdə qəzaya uğrayan Rusiyanın sərnişin təyyarəsinə aid ”qara qutu”da aparılan araşdırmalar təyyarənin partlayış nəticəsində düşdüyünü təsdiq edir.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə araşdırmalar ilə tanış olan mənbə bildirib.

Qəzadan dərhal sonra İŞİD terror təşkilatı hadisəyə görə məsuliyyəti üzərinə götürsə də bu iddia həm Rusiya, həm də misirli səlahiyyətlilər tərəfindən rədd edilmişdi. Amma ingilis və amerikalı səlahiyyətlilər, o cümlədən ABŞ prezidenti Barak Obama və İngiltərənin baş naziri Devid Kameron təyyarənin içərində bombanın partladılması ehtimalının yüksək olduğunu bildirib. ABŞ kəşfiyyatı da qəzaya terror aktının səbəb olduğu barədə informasiyaya malik olduğunu açıqlayıb.

“Reuters”ə açıqlamasında adının çəkilməsini istəməyən bir səlahiyyətli təyyarədə partlayışın baş verdiyini, təyyarədə texniki problemin, yaxud da pilot səhvinin olmadığını ifadə edib. Səlahiyyətli partlayışa səbəbin təyyarənin içinə yerləşdirilən bomba ola biləcəyini vurğulayıb.

Qeyd edək ki, “Koqalımavia” şirkətinə məxsus "Airbus 321" layneri oktyabrın 31-də Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçarkən Sina yarımadasının şimalında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvü olub. Onlardan heç biri sağ qalmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.