İslamı qurban edən çevriliş - Həcc faciəsi

8-11-2015, 17:32           
İslamı qurban edən çevriliş - Həcc faciəsi
"Kral Abdullah bin Əbdüləziz"in ölümü və "Kral Salman bin Əbdüləziz"in iş üstünə gəlməsi ilə, Səudiyyə Ərəbistanı Krallığının güc sistemində dərin dəyişikliklər yarandı. Elə ki, Kral Salman, geniş dəyişikliklərlə, "Muqrin bin Əbdüləziz" (keçmiş vəliəhdi), "Səud Əl-Feysəl" (təcrübəli və işbilən xarici işlər naziri) və "Mətəb bin Abdulla"nın aradan qaldırmalarını asanlaşdırdı. Bu dəyişmələrin sayəsində, "Məhəmməd bin Nayif"i yeni vəliəhd ünvanında və "Məhəmməd bin Salman"ı, müdafiə naziri və vəliəhd köməkçisi edərək, Səudiyyə Ərəbistanın siyasi səhnəsi və gücünü dəyişdi. Kral Salman, nazirliklərin, nazirləri və nazir köməkçiləri üzərində geniş dəyişikliklər yaratmaqla, hakimiyyəti Sədiri ailəsinə daşıdı. Bu iqtidarın dövrü, səltənətin digər şəhzadələrinin aksiyasıyla qarşılaşdı. Buna görə də, hakimiyyətdən kənara qoyulma cəryanlarına görə intiqam almağa cəhd göstəriləcək. Həcc hadisəsinin fəlakəti, bəzi fərziyələri ağıla gətirir ki, deyilən hadisələr, Səudiyyə Ərəbistanın, gələcəyi və bu ölkədə olan hakimiyyət dəyişməsilə əlaqədar. Bu planlaşmış hadisənin ən yaxşı nümunələrindən, "şəhzadələrin mübahisələri və monarxiya daxilində hesablaşma"nı göstərmək olar. Bu mübahisələrin nəticəsində ortaya gələn münaqişələr Məkkə və Mina faciəsinin yaranmasına səbəb oldu və bu hadisələrin üstündən və səbəblərindən asanlıqla yan keçmək olmaz. Şəhzadələrin mübahisələrinə və Səudiyyə Ərəbistanın iqtidar sisteminə, iki müxtəlif səviyyədən baxmaq lazımdır. Birincisi, hakimiyyətin, kənara qoyulan və keçmiş şəhzadələrlə olan mübahisəsi, Muqrin bin Əbdüləziz və Mətəb bin Abdulla bu mübahisələrin mərkəzindədir. Mövcud sübutlara görə, bunların axırıncı hadisələrdə olmaları çox çətin görünür. İkinci səviyyəni də, indiki hakimiyyətin içində olan güc səlahiyyətliləri və onların rəqabətlərində axtarmaq mümkündür. Məhəmməd bin Nayif (vəliəhd) və Məhəmməd bin Salman (Valiəhd köməkçisi və müdafiə naziri) arasında olan ciddi rəqabət, bu qrupda olan mübahisələrdə mərkəzindədir. Elə ki, siyasi analitiklərin dediklərinə görə, Səudiyyə Ərəbistanda sürətlə hakimiyyətin dəyişkliyi və kralın müdafiə nazirinə verdiyi böyük səlahiyyətləri Məhəmməd bin Salmanı Səudiyyə Ərəbistanında siyasi dəbdəbəliliyi vadar edib və bu da Səudiyyə Ərəbistanın xarici siyasətndə ciddi problemlər yaradıb. Elə ki, Məhəmməd bin Nayif-i vəliəhd və nazir olaraq Məhəmməd bin Salmanın tək başına hökm etməsinə böyük mane yaradıblar. Buna görə də, Səudiyyə Ərəbistanın daxili və xarici siyasəti iki şəhzadənin rəqabət meydanına çevrilibdir.Bu rəqabətin nəticəsi müxtəlif sahələrdə özünü göstərməkdədir. Bir çox strateji məslələr analitiklərinin fikrinə görə, Mina və Həcc hadisələri, bu iki nəfərin apardıqları rəqabətin bəticəsidir. Deyilən fərziyyələrin birinə görə Səudiyyə Ərəbistanı hakimiyyəti rəqiblərdən birini, Nayif-i vəliəhdlikdən çıxarmağa mümkün sayır. Məhəmməd bin Nayif, daxili işlər naziri olaraq Həcc mərasiminin icrası və hacıların canlarını qorumanın məsulu sayılırdı. Buna görədə Səudiyyə Ərəbistanı hakimiyyətinin Məhəmməd bin Salmanla bağlı olan hissəsi Həcc hadisələri (vinç düşməsi) və Mina (4000 hacının ölməsi)-ni Səudiyyə Ərəbistanda Nayifi hakimiyyətdən salmaq planının tərkib hissəsi sayır. Bu plana görə, Məhəmməd bin Nayifina vəzifəsində göstərdiyi zəiflikləri göstərərək onun vəliəhdlikdən istefasına şərait yaratmalı, Səudiyyə Ərəbistanda ikinci bir çevriliş etməli və Məhəmməd bin Salmanın dahada güclənməsinə şərait yaratmalıdır. Digər tərəfdən, Məhəmməd bin Nayif bu manevrləri başa düşrək, Məhəmməd bin Salmanın Məkkə hadisəsilə (vəliəhdi bacarıqsız göstərmə) olan planını anlayıb ziddinə hərəkət də bilər. Beləcə o Mina hadisəsi və Həcc faciəsinin baş verməsində müdafiə nazirinin sütun çəkməsinin (əsli səbəblərdən olan) səbəb göstərərək şəkillərini yayaraq daxili işlər nazirinə olan psixi təzyiqi azaldar. Başqa tərəfdən, bir çox baxışlar var ki, müdafiə nəzarətilə, Həccə mərasimindəm çıxaıb Yəmən savaşına aparmaqdır ki, bu faktorlar Kral Salman ilə oğluna qarşı çevriib. Nəticədə, Məkkə və Mina hadisələrini planlaşdıranlar Nayifi aradan qaldırmaq niyyətilə məğlubiyyətə məruz qaldılar. Ancaq, bu rəqabətin əsnasında hacılardan 4700 nəfəri şəhid oldu. Müsəlman ölkələrin, Səudiyyə Ərəbistana olan etirazları və məhkəmələri, hacıları ölümünə görə bu ölkəyə ciddi problemlər yaradıb. "Can Hana", "Demokratiyalardan müdafiə fondu"nun üzvü və ABŞ-in strategia analitiki, Foreign Policy-yə yazdığı yazıda xəbərdarlıq verdi: "belə düşünürsünüzsə, yaxın şərqdə Kifayət qədər problemlər yoxdur,səhf edirsiniz. Səudiyyə Ərəbistanında böyük problemlər yaşanmaqdadır. Dünya bazarında, neft qiymətinin düşməsi, (Ər-Riyad) xarici siyasətdə səhvlər və İranla gərginliyin artması kəşişmə nöqtəsi və son silsilə hadisələr Səudiyyə rejiminə ciddi problemlər artırır. Bu problemlər düzgün həll edilməsə, tədricən mükəmməl bir fırtına ola bilər. Onda səltənətdə qeyri- sabitlik riski əhəmiyyətli dərəcədə artıracaqdır, Bütün bnların fonunda yaxın Şərqdə neft bazarlarının qlobal təhlükəsizliyi heç gözlənilmədiyi bir problemlərlə üz üzə qalacaq. Onun fikrincə, "Kral ailə daxilində ayrılıq", "Yəmən muharibəsi", "iqtisadi problemlər", "Həcc faciəsi", "İranla gərginliyin artması" və "ortadoğuda ABŞ- nın cəlb edilməsi və investisiya azaldılması" Səudiyyə Ərəbistanın önündə olan ən ciddi təhlükələrdirlər və bu təhlikələr dövlətin dağılmasına səbəblənə bilər. İndi isə hakimiyyət və şəhzadələrin kral oğulları ilə rəqabəti, vəliəhdlə vəliəhd köməkçisinin məqsədli rəqabəti, kralın xəstəliyi və yaxın şərq bölgəsi, Sədiri şəhzadələrinin narahtlığınıda bura əlavə etsək çox narahatedici bir şəkil ortaya çıxır. Səudiyyə Ərəbistanı, İslam dünyası və ortadoğu bölgəsinin hansı problemlərlə qarşı-qarşıya dayanması çox narahatedicidir.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.