Putini hansı tale gözləyir?

9-11-2015, 12:41           
Putini hansı tale gözləyir?
Rusiya Prezidenti Vladimir Putini SSRİ-nin taleyi gözləyir.

Axar.az xəbər verir ki, bu barədə Almaniya nəşri "Di Velt"də məqalə dərc edilib.

Alman nəşri qeyd edir ki, texnoloji gerilik, neftin qiymətinin düşməsi Rusiyanın iflasına gətirib çıxaracaq. Bundan əlavə, məqalədə son 10 ilin Rusiya-Ukrayna münasibətlərində xeyli dəyişikliyin baş verdiyi vurğulanıb.

Məqalədə Qorbaçov dövründə iqtisadi islahatların heç bir nəticə vermədiyi, insanlarda nifrət, qəzəb yarandığı və nəticədə də SSRİ-nin süqutunun baş tutduğu bildirilib.

Məqalədə Putinin də analoji addımı atdığı, bu proseslərin fonunda isə bir çox rusiyalılarda islahatlara qarşı nifrət hissinin yarandığı qeyd edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.