İsveç XİN-in başçısı: “İsveç “erməni soyqırımı”nı tanımır”

7-07-2019, 15:36           
İsveç XİN-in başçısı: “İsveç “erməni soyqırımı”nı tanımır”
İsveçin xarici işlər naziri Marqot Valström mətbuat konfransında jurnalistlərə bildirib ki, 1915-ci ilin hadisələrini “soyqırımı” kimi tanımaq çox çətin olacaq.

Virtualaz.org TRT-yə istinadən xəbər verir ki, bunu Valström jurnalistin İsveç hökumətinin “erməni soyqırımı”nın tanınması haqqında qanunu təsdiqləyib-təsdiqləməyəcəyi barədə sualına cavab olaraq deyib.

“Ölkəni soyqırımında ittiham etmək üçün qəti sübutlar lazımdır”, - xarici işlər naziri bildirib və xatırladıb ki, 1915-ci il hadisələrinin araşdırılması üçün tarixçilərin daxil olduğu xüsusi komissiya yaradılıb.

İsveç XİN başçısının sözlərinə görə, bu gün həmin problem üzrə nəticələr əldə etmək çox çətindir, belə ki, hadisələrin şahidlərindən sağ qalanı yoxdur: “Bəzi ölkələr bunu “soyqırımı” kimi tanıyıb. Məncə, bu, qeyri-sağlam vəziyyətdir, çünki bu cür qərardan sonra müvafiq addımlar da atılmalıdır. Bu, sizi əbədilik bağlayır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru