Netanyahu ağlıni tam itirib? – Səhiyyə naziri özü olsa da nazirlə görüş tələb edib

8-07-2019, 00:06           
Netanyahu ağlıni tam itirib? – Səhiyyə naziri özü olsa da nazirlə görüş tələb edib
İsrailin baş naziri Binyamin Netanyahu hökumətin bu gün keçirilmiş iclasında səhiyyə naziri ilə görüşün keçirilməsini tələb edib.

Virtualaz.org “Walla” portalına istinadən xəbər verir ki, vəziyyətin maraqlı tərəfi səhiyyə naziri funksiyalarını Netanyahunun özünün icra etməsindən ibarətdir.

Mənbəyə görə, səhiyyə sistemindəki problemlərlə bağlı məlumatlardan qəzəblənmiş Netanyahu yumruğunu masaya çırpıb və tələb edib ki, səhiyyə naziri ilə görüş təyin olunsun.

“Cənab baş nazir, bu, sizin özünüzsünüz”, – iclas iştirakçıları ona xatırladıb.

Qeyd olunur ki, səhiyyə sisteminə bilavasitə rəhbərliyi nazir müavini postunu tutan Yaakov Litsman həyata keçirir.

Belə görünür ki, Netanyahu regionda baş verən hadisələrə görə, ağlıni tam itirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru