Ağ Evdə milyardlıq korrupsiya – «WikiLeaks» ifşaedici məlumatlar yaydı
17-11-2015, 16:25
Qalmaqallı «WikiLeaks» saytı Ağ Evdəki korrupsiya ilə bağlı ifşaedici məlumatlar yayıb. Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, korrupsiya qamaqalında Prezident Administrasiyasında çalışan 13 dövlət məmurunun adı keçir. Audioyazı formasında yayılan məlumatlardan bəlli olur ki, bu məmurlardan 10-u Obamanın, 3-ü isə oğul Buşun prezidentliyi dövründə çalışıb. Hazırda ABŞ Ədliyyə Nazirliyində bu şəxslərlə bağlı təhqiqat aparır. Korrupsiya qalmaqalı hər il həyata keçirilən «AbilityOne» dövlət proqramı ilə bağlıdır. 3 milyardlıq büdcəsi olan bu proqram fiziki imkanları məhdud olan 50 min insana iş imkanı yaradılmasını nəzərdə tutur. Bu vəsaitin 2,3 milyardı «SourceAmerica» qeyri-kommersiya təşkilatı vasitəsilə digər tərəfdaşlara paylanılır. «WikiLeaks» yazır ki, məbləğin təxminən yarısı əlillərə yox, yüngül fiziki məhdudiyyətləri olan insanlara ayrılıb. Sayt korrupsiyaya yol verən şəxslərin adlarını da açıqlayıb.