Şərurlu İsfəndiyarın oğlunun həbsi ilə bağlı ŞOK İDDİA – Türkiyədən…
Bu gün, 00:02

Ötən həftənin sonlarından iş adamı İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) oğlu Şahin Axundovun saxlanılması ilə bağlı məlumat yayıldı.
Lakin İ.Axundov saytımıza xəbəri təkzib etdi.
Sitat: “Gecə saat 00:30-da mənə jurnalist zəng edib ki, bəs oğlun saxlanılıb. Deyirəm, ay vicdansızlar, oğlum evində yatır. Bu xəbəri özlərini idarə edə bilməyənlər yayıblar. Xəbəri yayan jurnalistə sözümü dedim. Bildirdim ki, sübut etməsə onu məhkəməyə verəcəm. Təkzib edəcəyini dedi. Məşhur iş adamı olduğum üçün mənə şər atırlar”.
Globalinfo.az-a daxil olan məlumata görə isə hadisə belə olub: İsfəndiyar Axundov mediaya çıxmazdan əvvəl onun oğlu Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. Buna onun hansısa qanunsuz əməlinin səbəb olduğu deyilir. Sonra isə məsələni fərqli istiqamətlərə yönləndirmək üçün Şərurlu İsfəndiyar mediaya fərqli açıqlamalar verib. Mənbə iddia edir ki, iş adamı açıqlamanı o məqsədlə verib ki, oğlunun həbsini onun açıqlaması ilə əlaqələndirsinlər”.
Xatırladaq ki, tikinti maqnatının oğlu Şahin Axundov illər əvvəl Bakının mərkəzində avtomat silahdan atəş açmağa görə gündəmə gəlmişdi. O bu qanunsuz əmələ görə həbs edilmişdi.
İsfəndiyar Axundov və Şahin Axundovun mövqeyini dərc etməyə hazırıq.