"Apokalipsis” filmində baş rolun ifaçısı Rudi Yanqblad.

21-04-2025, 17:54           
"Apokalipsis” filmində baş rolun ifaçısı Rudi Yanqblad.
İlk dəfə filmə çəkilən Rudi əvvəlcə maya dillərindən birini - yukateki öyrənməli olur. Dramatik filmlərdə aktyorlar yüksəkliklərdən tullanarkən, habelə digər gərgin səhnələrdə onları kaskadyorlar əvəz edirlər. Lakin yüksək səviyyəli atletik hazırlığı olan Rudi Yanqblad bu gərgin səhnələri, o cümlədən bir neçə metr hündürlüyə malik şəlalədən tullanışı məhz özü edir. Rudi Yanqblad ABŞ-ın Texas ştatının Belton şəhərində doğulub. O, iki bacısından və afroamerika əsilli anasından ibarət ailəsini dolandırmaq üçün erkən yaşlarında işləməyə başlayıb. Damarlarında komançe və yaki hindularının qanı axan Rudi erkən yaşlarında xərçəng xəstəliyinin hədələdiyi ölüm təhlükəsindən güclə xilas olub. Kinoya “Apokalipsis”dəki məşhur rolu ilə gəlmiş aktyor Rudi hazırda asudə vaxtlarında boksla, qaçışla, habelə rəssamlıqla məşğul olur.

Anar Tağıyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru