Vilnüsda Azərbaycan Respublikasının Səfirliyinin avtomobili qəzaya düşüb. Səfirlikdən XALQ.AZ-a verilən məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb. Bildirilib ki, qəzanın səbəbləri ilə bağlı hazırda müvafiq təhqiqat aparılır və nəticəsi barədə məlumat təqdim ediləcək.