16 milyon dollar sərvəti var imiş - Kimə qalacaq?

22-04-2025, 08:28           
16 milyon dollar sərvəti var imiş -
88 yaşında vəfat edən Roma Papası Fransiskin sərvəti açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “The Economic Times” nəşri məlumat yayıb.

Qeyd edilib ki, heç vaxt rəsmi maaş almayan Papa 16 milyon dollar dəyərində xalis sərvət qoyub.

Nəşr bildirib ki, təvazökarlığı və yoxsullara xidməti ilə tanınan Papa sağlığında dəbdəbəli həyatdan qaçıb, yoxsullara kömək edib və xeyriyyəçilik işlərindən heç vaxt əl çəkməyib.

Vatikan isə hələ ki, Papanın sərvətini kimə miras qoyduğunu açıqlamayıb. Lakin yaxın günlərdə onun vəsiyyətinin açıqlanması gözlənilir.

Onu da deyək ki, ənənəvi olaraq, Papalar şəxsi varislərinə minimal miras qoyur. Onlar adətən aktivlərini dini xeyriyyə təşkilatlarına və ya Vatikan fondlarına həsr edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru