Sırski: Ukrayna hərbçiləri Rusiyanın Sumı vilayətinə hücumunu dəf edib

22-04-2025, 08:17           
Sırski: Ukrayna hərbçiləri Rusiyanın Sumı vilayətinə hücumunu dəf edib
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Sumı vilayətinə hücum cəhdini uğurla dəf edib.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, dövlət sərhədinə yaxın ərazilərdə və Rusiya Federasiyasının öz ərazisində intensiv döyüşlər davam edir.

"Rusiya qoşunları rəhbərliklərinin əmrini yerinə yetirərək bizi Kursk vilayətinin ərazisindən çıxarmağa və Sumı ilə sərhəddə yerləşən Ukrayna ərazilərini ələ keçirməyə çalışır. Lakin bu istiqamətdə aqressorun hücum planı Ukrayna Müdafiə Qüvvələrinin fəal və qətiyyətli əməliyyatları sayəsində növbəti dəfə puça çıxarılıb", – deyə məlumatda qeyd olunur.

Sırski vurğulayıb ki, hazırda öz fəaliyyətini məhz bu istiqamətdə cəmləşdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru