Roma Papasının vəsiyyətnaməsi açıqlandı

22-04-2025, 09:17           
Roma Papasının vəsiyyətnaməsi açıqlandı
Vatikan Roma Papası Fransiskin vəsiyyətnaməsini dərc edib.

TASS xəbər verir ki, sənəd 29 iyun 2022-ci ildə tərtib edilib.

Pontifik Santa Mariya Macore kilsəsində dəfn olunmasını vəsiyyət edib.

O, həmçinin üzərində "Fransisk" yazısı olan, bəzəksiz sadə bir məzar daşı və torpağa basdırılmaq istədiyini bildirib.

Məbədin rəhbərliyinə pontifikin vəsiyyəti barədə xəbər verilib.

Qeyd edək ki, hazırda Roma Papasının cəsədi Müqəddəs Marta Evinin birinci mərtəbəsində saxlanılır.

Xatırladaq ki, Fransisk insult nəticəsində komaya düşüb və ürəyi dayanıb. Onunla vida mərasimi Müqəddəs Pyotr kafedralında keçiriləcək, daha sonra cəsəd adıçəkilən kilsəyə aparılacaq. Dəfn mərasimi isə ölümündən 4-6 gün sonra keçiriləcək. Dəqiq tarixi kardinallar müəyyən edəcək. Onlar çərşənbə axşamı konsistoriya üçün toplaşacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru